Monthly Archives: January 2019

UNICEF: Azərbaycan xəstəxanalarında yenidoğulan körpələrə süni uşaq qidaları verilməməlidir

Yenidoğulan körpələrin xəstəxanada ana südü ilə qidalandırılması ilə bağlı tələblər daha sərt və dəqiq yerinə yetirilməlidir. Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

Onun sözlərinə görə, Azərbaycanda yalnız ana südü ilə qidalanma göstəricisi aşağıdır: “Düşünürük ki, bu, kifayət qədər məlumatlandırmama, yanlış məsləhətlərin verilməsi səbəbindən baş verə bilər. Bununla əlaqədar yeni ana olmuş qadınlarla ünsiyyətdə olan tibb işçilərinin təkrar məlumatlandırılmasına ehtiyac var”. Davamı →

23.01.2019

Davosda Dünya İqtisadi Forumu işə başlayıb

Azərbaycan Prezidenti tədbir ərəfəsində bir sıra vacib görüşlər keçirib

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 21-də İsveçrə Konfederasiyasına işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Məlumatı AZƏRTAC yayıb. Davamı →

22.01.2019

2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq. Davamı →

21.01.2019