Daily Archives: 01/30/2019

Orta məktəbi bitirə bilməyənlərin 134-ü attestat almaq üçün şans qazandı

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında ümumilikdə 218 nəfər iştirak edib. Onlardan 134 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Davamı

30.01.2019

İlham Əliyev sahibkarlara səsləndi: “İş yerlərini ixtisar etməyin”

“Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır”. Bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib. Davamı

30.01.2019