Daily Archives: 01/03/2019

2018-ci ildə 5 yaşlı uşaqların 75%-i məktəbəhazırlığa cəlb edilib

2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 165 mindən çox uşaq birinci sinfə gedib

Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib. Davamı

3.01.2019

Bakıda qurulan yolka MDB ölkələri arasında 2-ci yer tutub

MDB ölkələrində qurulan ən uzun yolkaların reytinqi hazırlanıb. Trend-in “TurStat”a isitnadən verdiyi məlumata görə, MDB-nin ən uzun yolkası Aşqabadda qurulub. Onun uzunluğu 38 metr təşkil edib.

Bakıda və Yerevanda qurulan yolkalar (37 metr) reytinqdə 2-ci və 3-cü yerləri paylaşıblar. İlk onluğa həmçinin Daşkənd (35 metr), Minsk (30 metr), Düşənbə (28 metr), Moskva (27 metr), Astana, Bişkek və Tbilisidə (25 metr) qurulan yolkalar daxil olublar.

3.01.2019