Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib. Məlumatı Trend İA yayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Sonra dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

28.12.2018