Monthly Archives: October 2018



11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub

Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib

Oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, açılışda iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılan şəraitlə tanış olub. Davamı

24.10.2018


Azərbaycanda yeni doğulan körpələrin ən populyar adları açıqlanıb

Cari ilin əvvəlindən 1sentyabr tarixinədək Azərbaycanda əhalinin sayı 52 427 nəfər (0,5%) artaraq 9 milyon 950 min 512 nəfər təşkil edib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərilən müddət ərzində Ədliyyə Nazirliyinin şəhər və rayon şöbələri 90523 yeni doğulmuş körpəni qeydiyyata almışdır ki, bu da gündə orta hesabla 373 körpənin  doğulduğundan xəbər verir. Davamı

23.10.2018


“ELS” təlimləri başa vurdu

Layihə isə davam edir

Oktyabrın 23-də “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatı dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində ölkənin ali tədris müəssisələrinin “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrə “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” mövzusunda son təlimlər keçirib.  FOTOQALEREYA Davamı

23.10.2018


“ELS” layihə çərçivəsində son təlimlərini keçirdi

Oktyabrın 23-də “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində son təlimlərini keçirdi. FOTOQALEREYA Davamı

23.10.2018


Dövlət başçısı İmişli rayonunda bir sıra obyektlərin açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri zamanı bir sıra obyektlərin açılışını edib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Davamı

22.10.2018