Azərbaycanda yeni doğulan körpələrin ən populyar adları açıqlanıb

Cari ilin əvvəlindən 1sentyabr tarixinədək Azərbaycanda əhalinin sayı 52 427 nəfər (0,5%) artaraq 9 milyon 950 min 512 nəfər təşkil edib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərilən müddət ərzində Ədliyyə Nazirliyinin şəhər və rayon şöbələri 90523 yeni doğulmuş körpəni qeydiyyata almışdır ki, bu da gündə orta hesabla 373 körpənin  doğulduğundan xəbər verir.

Bunlardan 53,1% -i oğlan, 46,9% -i qızdır. Eyni zamanda yeni doğulmuşların – 1680  əkiz, 78-i isə üçəmdir.

Ən məşhur adlara gəlincə, oğlanlar daha çox Yusif, Əli, Hüseyn, Ömər, Məhəmməd, Murad, Uğur, Ayxan, Tunar, qızlara – Zəhra, Nuray, Aylin, Məryəm, Zeynəb, Fatimə, Ayan, Mələk,  Mədinə, Xədicə adları verilib.

23.10.2018