Monthly Archives: October 2018

Bakıda ingilis dili müəllimləri Aptis beynəlxalq imtahanı verir

Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) nəzdindəki ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Aptis beynəlxalq imtahanı keçirilir. Ötən gün BŞTİ-nin yaydığı məlumata görə, imtahanda 68 ümumtəhsil məktəblərinin 600 ingilis dili müəlliminin iştirakı nəzərdə tutulub. Davamı

30.10.2018

Prezident Qax rayonunda bir sıra obyektlərin açılışı edib

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər. Ümummilli lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdikdən sonra dövlət başçısı rayonda bira sıra obyektlərin açılışını edib. Davamı

29.10.2018

Azərbaycan Prezidenti: Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır

Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib. Davamı

26.10.2018

Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilir

Oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva rəsmi açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.

Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirdi. Davamı

25.10.2018