“ELS” təlimləri başa vurdu

Layihə isə davam edir

Oktyabrın 23-də “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatı dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində ölkənin ali tədris müəssisələrinin “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrə “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” mövzusunda son təlimlər keçirib.  FOTOQALEREYA

Qeyd edək ki, tədbirin moderatorları standartlaşdırma sahəsində çalışan yüksək ixtisaslı mütəxəssislərdir.

ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, qurumun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fəridə Bəşirova layihənin məqsədi, müzakirəyə çıxarılan mövzunun aktuallığı, Azərbaycan Standartlaşdırma İnstitutunun əsas fəaliyyət istiqamətləri, hüquqi bazası, prinsipləri, istər beynəlxalq, istər avropa standartlarının Azərbaycanda qəbulu və tətbiqi ilə bağlı mövcud durum, Texniki Komitələrin yaradılması və fəaliyyətlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik, xüsusilə də “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər, və s. məsələlərə aydınlıq gətirdilər.

Tələbələrlə debat formatında keçən təlimlər zamanı layihənin eksperti Namiq Tağıyev standartlaşdırma və metrologiya sahəsində gələcək mütəxəssislərə standartlaşdırmanın əhəmiyyəti və iqtisadi inkişafa təsiri, Azərbaycanda standartlaşdırmanın aktual problemləri, qarşıya qoyulan əsas hədəflər və inkişafa dair prioritet istiqamətləri açıqladı, gəncləri maraqlandıran suallarını cavablandırdı.

Bununla da ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində  Azərbaycan Standartlaşdırma İnstitutunun inzibati binasında təşkil etdiyi təlimlər başa çatdı.

23.10.2018