Daily Archives: 10/30/2018

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Londonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının və parlamentin nümayəndələri, iş adamları iştirak ediblər. Davamı

30.10.2018

Bakının mərkəzində küçə yeməyi festivalı başa çatıb

Oktyabrın 24-29-da yenidən Bakının mərkəzində, şəhərin ən parlaq və dadlı festivallarından biri olan “Food and Drinks Fest” keçirilib. Milli.Az Trend-ə istinadən bildirir ki, festival “Meal For Real” komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilib.

Festival bu dəfə Fəvvarələr meydanında keçirilib. Fəvvarələr meydanının seçilməsində məqsəd paytaxtın daha çox sakini və qonağının bayram ab-havasına qərq olmasını təmin etməkdir. Festival qonaqlarını daha zəngin mədəni proqram – populyar musiqi, ustad-dərsləri, blogerlərlə görüşlər və müxtəlif müsabiqələrlə sevindirib. Həmişə olduğu kimi şəhərin ən yaxşı restoranları özlərinin yerli və dünya mətbəxinin ən məşhur yeməklərini təklif ediblər. Davamı

30.10.2018

Bakıda ingilis dili müəllimləri Aptis beynəlxalq imtahanı verir

Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) nəzdindəki ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Aptis beynəlxalq imtahanı keçirilir. Ötən gün BŞTİ-nin yaydığı məlumata görə, imtahanda 68 ümumtəhsil məktəblərinin 600 ingilis dili müəlliminin iştirakı nəzərdə tutulub. Davamı

30.10.2018