“ELS” layihə çərçivəsində son təlimlərini keçirdi

Oktyabrın 23-də “ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatıi dəstəyilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində son təlimlərini keçirdi. FOTOQALEREYA

Səhər saat 10-da yüksək ixtisaslı mütəxəssislərin təqdimatında  “Azərbaycanda hasilat sənayesinin inkişafında standartlaşdırmanın rolu” mövzusunda təşkil olunmuş treninqlərdə mədən sənayesndə işləyən istehsalçılar iştirak edirdi.

”ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri və layihənin rəhbəri İradə Yaqubova təlim iştirakçılarına layihə barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, layihə Azərbaycanda hasilat sənayesində texniki tənzimləmə sisteminin yaradılması və standartlaşdırma sisteminin modernləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, MSŞT prinsiplərinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsi məqsədini daşıyır.

Ekspert Fəridə Bəşirova Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) tamhüquqlu üzvü olan Azərbaycan Standartlaşdırma İnstitutunun əsas fəaliyyət istiqamətləri; bu həm standartların hazırlanması, qəbulu, ləğv edilməsi, həm Dövlət Standartlar Fondunun idarə edilməsi, Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, istər İSO, istərsə də Avropa standartları ilə bağlı təlimlərin təşkili və s. haqqında danışdı.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru, layihənin eksperti Namiq Tağıyev təqdimatdan sonra təlim iştirakçılarının suallarını cavablandırdı.

Tədbir mövzu ətrafında debatlarla davam etdi.

Qeyd edək ki, silsilə təlimlər oktyabrın 16, 19 və 23-də ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinə layihədə təşkilatı dəstək olan Azərbaycan Standartlaşdırma İnstitutunun inzibati binasında təşkil olunmuşdur.

23.10.2018