Dövlət başçısı İmişli rayonunda bir sıra obyektlərin açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri zamanı bir sıra obyektlərin açılışını edib. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

“ASAN Həyat” kompleksi, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsi, İmişlidə Bayraq Muzeyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Araz çayının yeni qol-kanalının və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının təntənəli açılışında iştirak edən Prezident, yenicə istifadəyə verilmiş bu obyektlərin xatirə lentlərini kəsib və orada yaradılan şəraitlə tanış olub.

22.10.2018