Bakıda ingilis dili müəllimləri Aptis beynəlxalq imtahanı verir

Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) nəzdindəki ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Aptis beynəlxalq imtahanı keçirilir. Ötən gün BŞTİ-nin yaydığı məlumata görə, imtahanda 68 ümumtəhsil məktəblərinin 600 ingilis dili müəlliminin iştirakı nəzərdə tutulub.

İmtahanda ingilis dili müəllimlərinin yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika bilikləri qiymətləndirilir. Layihədə iştirak etmiş müəllimlər dərs ili müddətində dil və metodologiyanı yaxşılaşdırmaq üçün  qiymətləndirir.  imtahanda iştirak edən müəllimlər dil və metodikanın təkmilləşdirilməsi üzrə peşəkar kurslara cəlb ediləcəklər.

Kurslardan sonra layihəni uğurla başa vuran müəllimlərə sertifikatlar veriləcək.

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhər Təhsil İdarəsi və “British Council” təşkilatı arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu layihə çərçivəsində Aptis beynəlxalq imtahanı ingilis dilli müəllimlərin dil və tədris bacarıqlarının yoxlanılması, dərslərdə nəzəri biliklərin tətbiqinin mükəmməlləşdirilməsi məqsədi daşıyır.

30.10.2018