Monthly Archives: November 2015

Azərbaycan prezidenti parlament seçkilərində səs verib

Ilham_Eliyev-seckiAzərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib. APA-nın məlumatına görə, dövlət başçısı səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. M. Əliyeva və ailə üzvləri də səs veriblər.

Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov Mərkəzi Seçki Komissiyasının adından Heydər Əliyevi ilk səsvermə münasibətilə təbrik edib.

Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb… FOTOQALEREYA Davamı

1.11.2015

Saat 10:00

01.11.2015_gerargah“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 12,2 %

Saat 10:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 12,2 % seçici səs verib. Mərkəz səhər saat 8-dən etibarən seçki mənqtəqələrində “exit-poll” tədqiqatına başlayıb. Gün ərzində intervüerlər hər üç saatdan bir məlumatları Mərkəzin “Ambassador Hotel”dəki Qərargahında çalışan telefon operatorlarına ötürür, məlumatlar komputerlərə daxil edilir və işləniləndən sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatı keçırır. Bütövlükdə prosesə 2600 nəfər cəlb olunub… FOTOQALEREYA Davamı

1.11.2015