Noyabrın 1-də səsvermə bitdikdən 40 dəqəqdən sonra “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Ekzit-poll” tədqiqatının yekun nəticələrini açıqlayıb. Tədqiqatın gedişatını işıqlandıran bütün kütləvi informasiya vasitələrinə minnətdarlığını bildirən İ.Yaqubova Mərkəzin fəaliyyətinin hər zaman şəffaf olduğunu vurğulayıb. Beləliklə, ölkə üzrə 118 dairə üzrə nəticələr aşağıdakılardır: Siyahı FOTOQALEREYA Davamı
Daily Archives: 11/01/2015
“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 46,2%
Saat 16:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 46,2% seçici səs verib.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatı keçırır. Bütövlükdə prosesə 2600 nəfər cəlb olunub.
Saat 13:00
“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 32,6%
Saat 13:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 32,6% seçici səs verib. Seçici fəallığı Bakı ilə müqayisədə ən çox regionlarda qeydə alınıb.
Kütləvi informasiya vasitələri, o cümlədən telekanallar gün ərzində qərargahın işini nəzarətdə saxlayır.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatı keçırır. Bütövlükdə prosesə 2600 nəfər cəlb olunub… FOTOQALEREYA Davamı
Azərbaycan prezidenti parlament seçkilərində səs verib
Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib. APA-nın məlumatına görə, dövlət başçısı səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. M. Əliyeva və ailə üzvləri də səs veriblər.
Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov Mərkəzi Seçki Komissiyasının adından Heydər Əliyevi ilk səsvermə münasibətilə təbrik edib.
Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb… FOTOQALEREYA Davamı
Saat 10:00
“Ekzit-poll” tədqiqatında seçicilərin fəallığı 12,2 %
Saat 10:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında 12,2 % seçici səs verib. Mərkəz səhər saat 8-dən etibarən seçki mənqtəqələrində “exit-poll” tədqiqatına başlayıb. Gün ərzində intervüerlər hər üç saatdan bir məlumatları Mərkəzin “Ambassador Hotel”dəki Qərargahında çalışan telefon operatorlarına ötürür, məlumatlar komputerlərə daxil edilir və işləniləndən sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatı keçırır. Bütövlükdə prosesə 2600 nəfər cəlb olunub… FOTOQALEREYA Davamı


