Daily Archives: 11/09/2015

Bakıda “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb

veloyürüş-1Bu gün 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb. APA-nın məlumatına görə, yürüş saat 12:00-da Dövlət Bayrağı Meydanından start götürüb.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Elmir Bağırov deyib ki, iştirakçılar Bayraq Meydanı – Azneft prospekti – Dəniz limanı – Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16,5 km-lik yürüş elə başladığı yerdə – Dövlət Bayrağı Meydanında başa çatacaq. Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar idmançıları və həvəskar idmançılar iştirak edirlər. İştirakçıların sayı 200 nəfərdir… FOTOQALEREYA Davamı →

9.11.2015

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür

Bayrag-gunu-3APA-nın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlubayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib… FOTOQALEREYA Davamı →

9.11.2015