Monthly Archives: January 2016

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” Azərbaycan diplomatiyasını qələbə ilə təbrik edir

27.01.2016Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının 2013-cü ildə başladığı «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsi diplomatiyamızın uğurlu fəaliyyəti sayəsində  AŞPA-da işğalçı Ermənistandan Azərbaycan ərazilərini qəti surətdə tərk etməyi tələb edən qətnamənin qəbulu ilə nəticələnmişdir. Belə ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin Azərbaycanla bağlı hazırladığı “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi əsasında qətnamə qəbul edib… Davamı

27.01.2016

Azərbaycan xalqı 20 Yanvar qurbanlarını yad edir

20-yanvar-shehidler-xiyabani-ushaqBu gün Azərbaycan xalqının şanlı səhifəsinə çevrilmiş 20 Yanvar qanlı hadisələrindən 26 il ötür. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi cinayət 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması ilə nəticələndi və Azərbaycan xalqının tarixinə qürur və şərəf mübarizəsi kimi daxil oldu… Davamı

20.01.2016

“ELS” növbəti uğuruna imza atdı

ELS_Fexriferman_2016“ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyi 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi layihəsini uğurla icra etdiyi ücün Şuranın Fəxri Fərmanı ilə təltif edilib. Bu, yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən ilki fəaliyyətinə həsr olunmuş hesabat konfransında məlum olub. Şuranın qərarı ilə 43 QHT Fəxri Fərmana layiq görülüb.

Qeyd edək ki, layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur. İctimai Televiziyanın “Açıq dərs” verilişinin 6 buraxılışının hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara, o cümlədən  “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”, “Mənəvi sərvətimizi necə qoruyaq?”, “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması”, “Məktəb-valideyn-şagird münasibətləri”, “Kitab dostumuzdur, yoxsa…”, “Uşaqların asudə vaxtının təşkili”nə həsr olunmuşdur. Aprelin 29-da başlayan silsilə verilişlər iyunun 3-də çaşa çatmışdır. İctimaiyyətin marağına səbəb olan və maraqlı diskussiyalarla yadda qalan buraxılışların hər birində mövzuya dair ekspertlər və studiyanın qonaqları iştirak etmışdir… Davamı

19.01.2016