Azərbaycan prezidenti parlament seçkilərində səs verib

Ilham_Eliyev-seckiAzərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə 6 saylı seçki məntəqəsində səs verib. APA-nın məlumatına görə, dövlət başçısı səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. M. Əliyeva və ailə üzvləri də səs veriblər.

Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov Mərkəzi Seçki Komissiyasının adından Heydər Əliyevi ilk səsvermə münasibətilə təbrik edib.

Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb… FOTOQALEREYA

1.11.2015