Mayın 6-sı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Mənəvi sərvətimizi necə qoruyaq?” mövzusu ətrafında “Açıq dərs” verilişinin ikinci efiri yayımlanacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr olmuşdur.
Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini qaçırmayın! FOTOQALEREYA Davamı

Aprelin 29-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişinin ilk efiri olub. “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı” mövzusu ətrafında studiyanın ekspertləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil nazirliyinin təmsilçisi Elçin Sərdarov, İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktoru Zaur Mahmudov və QHT sektorunun nümayəndələri ilə birgə aktual və maraqlı müzakirələr keçirilib.
Aprelin 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsini Beynəlxalq Mətbuat Mərkəzində təqdim etdi.
Martın 19-da “Günay” Uşaq Teatrının gənc aktyorları Rəşid Behbudov adına Mahnı Teatrında “Arşın mal alan” hesabat tamaşası ilə çıxış ediblər. Bu, uşaqların Belorusda “Şaqi” (“Addımlar”) III Minsk Beynəlxalq Uşaq Teatr Forumunda müvəffəqiyyətli çıxışı və müxtəlif nominasiyalarda Azərbaycana 3 diplomla qayıdışından sonra baş verib.
