“Günay” Uşaq Teatrı tamaşaçılarını sevindirməyə davam edir

21.04.2015Martın 19-da “Günay” Uşaq Teatrının gənc aktyorları Rəşid Behbudov adına Mahnı Teatrında “Arşın mal alan” hesabat tamaşası ilə çıxış ediblər. Bu, uşaqların Belorusda “Şaqi” (“Addımlar”) III Minsk Beynəlxalq Uşaq Teatr Forumunda müvəffəqiyyətli çıxışı və müxtəlif nominasiyalarda Azərbaycana 3 diplomla  qayıdışından sonra baş verib.

Görüşü giriş sözü ilə açan Teatrın əvəzsiz rəhbəri Larisa Tarusova beynəlxalq müsabiqələrdə əldə etdikləru uğurlardan, o cümlədən Rusiya, Belorus, Polşa, Bolqarıstan, Macarıstan, Türkiyə, Fransadan hər dəfə Vətənə mükafatlarla döndiklərini vurğulayıb. FOTOQALEREYA

Tamaşadan sonra Rusiya Səfirliyinin birinci katibi, Azərbaycanda Rusiya Əməkdaşlığı Nümayəndəliyi rəhbərinin müavini Aleksey Konnov gənc aktyorları və onların rəhbərini növbəti qələbə ilə təbrik edib və gələcəkdə də yaradıcı uğurlar arzulayıb.

21.04.2015