ELS Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Avropa Parlamentində qəbul olunan qondarma “erməni soyqrımı” ilə bağlı əsassız və qərəzli qətnaməni qətiyyətlə pisləyir. İkili standartlardan xəbər verən və erməni lobbisinin təsiri altında bir sıra avropalı deputatlar tərəfindən qəbul olunan qətnamə əslində Avropa Parlamentinin siyasi alətə çevrilməsindən xəbər verir. Görəsən tarixi saxtalaşdıran erməni daşnaklarının müdafiəçisinə çevrilən Avropanın bu kimi nüfuzlu qurumlarının əsrlər boyu azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən xəbəri varmı? 25 ildən artıq müddətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlaması, bir milyondan artıq dinc sakinin doğma ata-baba yurdlarından didərgin salması, yüzlərlə insanı qətlə yetirməsi faktlarını qulaq ardına vuran avropalı siyasıtçilərinin bu qərarı onsuz da həssas olan regionda yeni gərginliyə səbəb olacaq. Onlarla video, foto və sənədin olmasına baxmayaraq Xocalı soyqırımını hələ də tanımayan Avropa qurumları 100 il əvvəl sübuta yetirilməmiş “soyqırımı” necə tanıya bilər?
ELS Müstəqil Araşdırmalar Mərkəzi Türkiyə və Azərbaycan dövlətlərinə qarşı yönələn və heç bir hüququ əsası olmayan bu qətnaməni rədd edir və Azərbaycan hökümətini Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmağa çağırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub. Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər. Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 97 il ötür. APA-nın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib.
APA-nın Türkiyə Milli Olimpiya Komitəsinə istinadən verdiyi xəbərə görə, artıq bu ölkənin I Avropa Oyunlarına 20 idman növü üzrə iştirak edəcəyi dəqiqləşib. Türkiyə Oyunlarda atıcılıq 4, atletika 1, bədii gimnastika 4, basketbol 8, veloyarış 6, boks 13, qılıncoynatma 3, güləş 24, karate 11, stolüstü tennis 2, oxatma 2, çimərlik voleybolu 4, sambo 1, sinxron üzgücülük 10, su polosu 13, triatlion 3, voleybol 24, üzgücülük 12, cüdo 2, kanoedə 6 nəfərlə təmsil olunacaq. Oyunlarda iştirak edəcək idmançılardan 63-ü qadın, 90-ı kişidir.
6-10 aprel tarixlərində Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçiriləcək. BMA-dan APA-ya verilən məlumata görə, Üzeyir Hacıbəylinin anadan olmasının – 130, Bakı Musiqi Akademiyasının – 95 və BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının – 35 illiyinə həsr olunmuşdur.
