Mayın 13-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu müzakirə predmetinə çevrildi.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev və studiyanın qonaqları, o cümlədən ümumtəhsil məktəblərinin səlahiyyətli nümayəndələri, müəllimlər, valideynlər məsələ ilə bağlı bir çox maraqlı məqamlara toxunublar. FOTOQALEREYA Davamı

Mayın 12-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramının qonağı olub. Söhbət ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsindən gedib.
ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu ətrafında “Açıq dərs” verilişinin çəkilişləri artıq başa çatmışdır. Ekspertlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil Nazirliyinin ümumtəhsil sektorunun müdiri Firidun Həmzəyev, Təhsil Problemləri İnstitutunun şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Əliyev Etibar Qasım oğlu və studiyanın qonaqları, o cümlədən ümumtəhsil məktəblərinin səlahiyyətli nümayəndələri, müəllimlər, valideynlər və QHT sektorunun rəhbərlərinin iştirak etdiyi proqram mayın 13-də axşam saat 19:00-da İctimai Televiziyanın efirində yayımlanacaq.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev yaşasaydı bu gün onun 92 yaşı taman olacaqdır. O, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri ilə iz buraxmış, müstəqil Azərbaycanı bizə miras qoymuş, 100 ildə bir dünyaya gələn dahi bir şəxsiyyətdir. Dünya miqyaslı siyasətçi Heydər Əliyev yeni tariximizi yazmış, gündən-günə inkişaf edən bir məmləkətin qurucusu və hələ sağlığında adını tarixə qızı hərflərlə yazmış XX yüzilliyin dahisidir.
“Mənəvi sərvətimizi necə qoruyaq?”
