ANONS! Mayın 6-sı ELS İctimai Televiziyanın efirində

06.05.2015-itvMayın 6-sı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi – İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Mənəvi sərvətimizi necə qoruyaq?” mövzusu ətrafında “Açıq dərs” verilişinin ikinci efiri yayımlanacaq. Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova,  Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr olmuşdur.

Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini  qaçırmayın!   FOTOQALEREYA    

4.05.2015