Bölmə: Slide

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

president_xocali_abide_260215_07Azərbaycan prezidenti İlham Əliyev BakıdaXocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ziyarətə qatılıb. APA-nın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin Azərbaycanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoyublar. Davamı

26.02.2015

Ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsindən 23 il ötür

XocaliErmənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 23 ili tamam olur. APA-nın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Davamı

26.02.2015

“ELS” Fəxri Fərmana layiq görüldü

ELS-Fexri-Ferman“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova 2014-cü ildə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsini uğurla həyata keçirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanı ilə təltif olunub. Bundan əlavə, ELS-ın həyata keçirdiyi layihə ən uğurlu layihələr arasında da yer alıb. Bu, yanvarın 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının illik hesabat konfransında məlum olub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da qatıldığı tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən, ötən il gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb.  Bildirilib ki, ötən il yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün Şura tərəfindən 3 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib. Ümumilikdə Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.
Sonra Şuranın 2014-cü ildəki fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Davamı

22.01.2015

Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

Ilham_Eliyev_Shehidler_XiyabanindaAzərbaycan prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. Dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət Himni səslənib. Davamı

20.01.2015

Azərbaycan xalqı 20 Yanvar faciəsinin 25 ilini qeyd edir

20-yanvar-shehidler-xiyabani-ushaqBu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçir. Həmin gün keçmiş sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Azadlığı, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Davamı

20.01.2015