“Ekzit-pol” tədqiqatı “Yeni gün” proqramının canlı efirində

04.11.2015itvİradə Yaqubova canlı efirdən hər kəsə dərin minnətdarlığını bildirdi

Noyabrın 4-də İctimai Televiziyanın “Yeni gün” musiqi-informasiya proqramının qonağı olan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2015-ci il noyabrın 1-də ölkədə keçirilən Parlament seçkilərində apardıqları “ekzit-poll” tədqiqatına hazırlıq işləri, gedişatı, nəticələri ilə bağlı maraqlı açıqlamalarla çıxış edib. Aparıcının suallarını cavablandıran layihə rəhbəri 2008-ci ildən həyata keçirdikləri “Ekzit-poll” tədqiqatının metodikasının dünya standartlarına uyğun seçildiyini və illər ərzində dəyişmədiyini, eyni zamanda təşkilatı işlərdə sistemin təkmilləşdiyini və bir qədər fərqli aparıldığı bildirib. Onun sözlərinə görə, “ELS”-ın kadrlar bazasında 10 minə yaxın əməkdaşın olmasına baxmayaraq, bu dəfə tədqiqata hənm də yeni kadrlar, xüsusən də gənclər cəlb edilmişdir… FOTOQALEREYA VİDEO

Qeyd edək ki, söhbət boyu “Ekzit-poll”un aparıldığı məntəqələrdən foto kadrlar nümayiş etdirilib. Layihə rəhbəri fürsətdən istifadə edərək, canlı efirdən tədqiqatda iştirak edən hər kəsə, o cümlədən həmin gün əlverişsiz hava şəraitində işləyən intervüer və supervayzer və sorğu vərəqələrini dolduran seçicilərə dərin minnətdarlığını bildirib.

 

4.11.2015