Bakıda “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb

veloyürüş-1Bu gün 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb. APA-nın məlumatına görə, yürüş saat 12:00-da Dövlət Bayrağı Meydanından start götürüb.
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Elmir Bağırov deyib ki, iştirakçılar Bayraq Meydanı – Azneft prospekti – Dəniz limanı – Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16,5 km-lik yürüş elə başladığı yerdə – Dövlət Bayrağı Meydanında başa çatacaq. Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar idmançıları və həvəskar idmançılar iştirak edirlər. İştirakçıların sayı 200 nəfərdir… FOTOQALEREYA

9.11.2015