Bölmə: Slide

Sumqayıt Dənizkənarı Bulvarının açılışı olub

sumqayit_bulvarAzərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.

27.09.2016

AŞPA missiyası Azərbaycanda referendumla bağlı ilkin rəyini açıqlayıb

ASHPA_Parlament_Assambleyasi“Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik”. APA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib: “Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.

27.09.2016

Press-reliz

Secki-Ekzitpoll2013Sentyabrın 26-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) “Ekzit-poll” tədqiqatını 118 seçki dairəsinin 400 seçki məntəqəsində həyata keçirmişdir. Gün ərzində saat 10:00, 13:00, 16:00, 18:00-də intervüerlər sorğu anketlərindəki məlumatları Mərkəzin qərargahına ötürmüşlər.

Ümumilikdə “Ekzit-poll” tədqiqatında 72 000-nə yaxın seçici iştirak edərək sorğu anketlərini cavablandırıb. Tədqiqatın nəticəsinə görə, saat 18.00-a seçici fəallığı 65,1% təşkil edib. Davamı

26.09.2016

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Ekzit-poll” tədqiqatının nəticələrini açıqladı

wp_20160926_024Sentyabrın 26-da saat 19.30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) rəhbərlik etdiyi Mərkəzin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatının nəticələrini açıqladı. Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan mətbuat-konfransı zamanı jurnalistlərə açıqlamasında İ.Yaqubova 118 seçki dairəsinin 400 seçki məntəqəsində “Ekzit-poll” keçirildiyini və gün ərzində intervüerlərin saat 10:00, 13:00, 16:00, 18:00-də məlumatları Mərkəzin “İrşad Hotel”dəki Qərargahına ötürdüklərini qeyd etdi. Davamı

26.09.2016

Saat 18:00

18-00“Ekzit-poll” tədqiqatının nəticələrinə görə seçici fəallığı 65,1%-dir

Saat 18:00 olan məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsində (Referendum)“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Ekzit-poll” tədqiqatında  65,1% seçici iştirak edib. FOTOQALEREYA Davamı

26.09.2016