Bölmə: Slide

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi yeni layihəsinin ilkin təqdimatını keçirdi

30-09-2016-bmmSentyabrın 30-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin ilkin təqdimatını keçirdi. TƏQDİMAT FOTOQALEREYA Davamı

30.09.2016

Vladimir Putin: “Bakı Beynəlxalq Humanitar Forumu böyük nüfuz qazanıb”

e1c23aabcd5a2b41d857a9d685f7ad2cBu gün keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin Forum  iştirakçılarına müraciəti oxunub. APA-nın məlumatına görə, Rusiya prezidenti müraciətində bildirib ki, qısa vaxtda Forum böyük nüfuz qazanıb.

Qeyd olunub ki, bu gün Azərbaycan növbəti dəfə Forum iştirakçılarını qəbul edir: “İnanıram ki, dünyada qarşılıqlı anlaşmanın genişlənməsi sahəsində müzakirələr faydalı olacaq. Forum böyük uğurlar arzulayıram”.

29.09.2016

BMT baş katibi V Bakı Beynəlxalq Humanitar Forumuna müraciət göndərib

bmt-bas-katibi-v-baki-beyn%c9%99lxalq-humanitar-forumuna-muraci%c9%99t-gond%c9%99ribV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində BMT baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciəti oxunub. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin Forumun işində birbaşa iştirakını yüksək qiymətləndirən baş katib müraciətində dünyada qaçqın problemini xüsusi qeyd edərək bildirib ki, aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir.

“Biz davamlı inkişafa, fövqəladə hallara böyük diqqət yetirməliyik. Dünyada 130 milyon insanın humanitar dəstəyə ehtiyac var. Biz müsbət dəyişikliklər naminə birgə çalışa bilərik”, – deyə müraciətdə qeyd olunur.

29.09.2016

Azərbaycan prezidenti: “Multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir”

az%c9%99rbaycan-prezidenti-multikulturalizmin-alternativi-ksenofobiya-irqcilikdir“Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna “Bakı Prosesi” adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar”.

APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Davamı

29.09.2016

V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb

v-baki-beyn%c9%99lxalq-humanitar-forumu-baslayibBu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

Mərasimdə prezident İlham Əliyev çıxış edəcək, Rusiya prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunacaq. Açılış mərasimində Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edəcəklər. Davamı

29.09.2016