“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” adlı layihəyə start verib. Birlikdən verilən məlumata görə, layihənin məqsədi ilk peşə təhsilinə marağın artırılması, regionda peşə və orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, regionda mövcud uğurlu sənətkarların fəaliyyətinə dair videoçarxların çəkilməsi, icma üzvlərinin peşələrə münasibətində dönüşün yaradılmasına nail olmaqdır. FOTOQALEREYA KİV Davamı
Bölmə: Slide
Yeni il şənliyi çox maraqlı keçdi
Yanvarın 2-3-də “Passage 1901” və “JW MARRIOTT ABSHERON BAKU” qapılarını Bakı şəhərinin balaca sakinləri üçün açmışdır. Bu məkanlarda “Bakı” Mədəni İnkişaf Mərkəzi və Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatr Studiyasının təşkilatçılığı ilə rəngarəng Yeni İl karnavalları təşkil olunmuşdur.
Balaca tamaşaçıları ənənəvi olaraq Şaxta Baba, Qar Qız və sevimli nağıl qəhrəmanları təbrik etdilər. Uşaqlar üçün səhnələşdirilmiş tamaşalar, viktorinalar, zarafatlar, rəqslər keçirildi. Nağılların qəhrəmanları uşaqlarla rəqs edir, onlara maraqlı hekayələr danışır, əyləndirirdilər. Onların keçirdikləri müxtəlif müsabiqələr də Yeni il şənliyini daha maraq və rəngarəng edirdi. Sonra uşaqlar “Günay” Uşaq Teatr Studiyasının gənc istedadlarının təqdimatında “Şelkunçik” Yeni İl tamaşasından parçaya baxıb çox razı qaldılar. FOTOQALEREYA Davamı
“ELS”Müstəqil Araşdırmalar Mərkəzi ilin layihəsinə yekun vurdu
Noyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin Beynəlxalq Mətbuat Mərkəzində yekun təqdimatını keçirdi. FOTOQALEREYA Davamı
“İxtisas seçiminə ailənin təsiri və rolu” İTV-nin canlı efirində
“ELS”Müstəqil Araşdırmalar Mərkəzi “Açıq dərs” verilişində növbəti müzakirələri təşkil etdi
Noyabrın 16-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik”Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “İxtisas seçiminə ailənin təsiri və rolu” adlı mövzunun içtimai müzakirələrini keçirdi.”Açıq dərs” verilişinin canlı yayımında ekspertlər mövzu ətrafında maraqlı fikir və təklifləri ilə bölüşdülər. VİDEO Davamı
“Azərbaycanda yaşayan milli azlıqlar bizim sərvətimizdir”
“ELS” İctimai Televiziyada “Multikultural dəyərlər Azərbaycan ailəsi müstəvisində” mövzusunu təqdim etdi
Noyabrın 4-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya, texniki və təşkilatçılıq dəstəyilə həyata keçirdiyi “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İTV-nın “Addım-addım” verilişində müzakirələri davam etdirdi. FOTOQALEREYA VİDEO Davamı


