Press-reliz

Secki-Ekzitpoll2013Sentyabrın 26-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Ümumxalq səsverməsi zamanı (referendum) “Ekzit-poll” tədqiqatını 118 seçki dairəsinin 400 seçki məntəqəsində həyata keçirmişdir. Gün ərzində saat 10:00, 13:00, 16:00, 18:00-də intervüerlər sorğu anketlərindəki məlumatları Mərkəzin qərargahına ötürmüşlər.

Ümumilikdə “Ekzit-poll” tədqiqatında 72 000-nə yaxın seçici iştirak edərək sorğu anketlərini cavablandırıb. Tədqiqatın nəticəsinə görə, saat 18.00-a seçici fəallığı 65,1% təşkil edib.

Dövlət təhlükəsizliyi və müdafiəsinin təmin edilməsi ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliklərə  90,2% seçici müsbət, 9,8% isə mənfi cavab vermişdir.

İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsinə dair təkliflər 88,4% seçici tərəfindən rəğbətlə qarşılanmışdır. 11,6% seçici bu təklifləri qəbul etmədiyini bildirib.

Dövlət idarəetməsi sistemi və icra hakimiyyəti strukturunda islahatlarla bağlı təkliflərə 88,5% seçici “Hə”, 11,5% isə “Yox” deyib.

Seçkili və təyinatlı vəzifələrin yaş məhdudiyyəti və səlahiyyət müddətinin dəyişdirilməsi ilə bağlı təkliflər 86,4% seçici tərəfindən müsbət, 13,6% mənfi qarşılanmışdır.

26.09.2016