Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Dəyirmi Masa iştirakçılarını salamlayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələrini açıqladı. Onun sözlərinə görə, ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi 2011-ci ildən bugünədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişikliklərin olmadığını üzə çıxarıb. Təqdimat Davamı

Noyabrın 7-də musiqinin insanın şüuruna təsiri, uşaq mahnıları, orta məktəblərdə keçirilən musiqi dərsləri və s. bu kimi aktual məsələlər “ElS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın digər ekspertlərlə birgə iştirak etdiyi İctimai Televiziyanın “Addım-addım” verilişində müzakirə predmeti olmuşdur.
Oktyabrın 29-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını başa çatdırdı.
ELS-ın təqdimatı davam edir

