Noyabrın 5-də “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyətinin Bakı Musiqi Akademiyasının səsyazma studiyasında üç həftə davam edən gərgin fəaliyyəti başa çatdı. Səslər hesablandı, qalib mahnılar müəyyənləşdi. Qalib mahnıların adları “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin yekun qala-konsertində açıqlanacaq.
Bölmə: Layihələr
Yeni uşaq mahnılarının seçimi başa çatdı
Noyabrın 1-də yeni uşaq mahnılarının seçimi başa çatıb. “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyəti gizli səsvermə ilə qalib mahnıları müəyyənləşdiriblər.
Yeni uşaq mahnılarının ikinci seçim turu başa çatdı
Oktyabrın 29-da “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin ikinci seçim turu başa çatıb. Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyəti 73 mahnıdan ikinci tura keçən 37 mahnını yenidən dinləyib və müzakirələrdən sonra növbəti mərhələyə 24 mahnını keçirib. Noyabrın 1-də keçiriləcək növbəti mərhələdə gizli səsvermə nəticəsində finala yalnız 10 mahnının çıxacağı nəzərdə tutulub.
Yeni uşaq mahnılarının birinci seçim turu başa çatdı
Oktyabrın 25-də “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin birinci seçim turu başa çatıb. Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə 19 müəllifin təqdim etdiyi 73 mahnıdan 37-i ikinci tura keçib.
Yeni uşaq mahnılarının seçimi başladı
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi layihənin ikinci mərhələsini təqdim etdi
Oktyabrın 22-də Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin prezentasiyası keçirilib.



