Bölmə: Layihələr

“ELS” yeni layihəyə başlayır

els“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinə start verir. Davamı

6.05.2014

“ELS” yeni layihə ilə bağlı ictimai müzakirələrə başlayıb

Reshid-ShefeqAprelin 7-də  ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə cari ilin mayın 1-dən həyata keçiriləcək “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsi çərçivəsində bəstəkar, əməkdar incəsənət xadimi Rəşid Şəfəqlə görüşüb. Xatırladaq ki, ELS Müstəqil Araşdırmalar Mərkəzi ötən il həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin davamı kimi qalib mahnılardan ibarət disklərin buraxılışı, notların dərcini və bu toplunun uşaqlara və uşaqlarla işləyən peşəkarlara çatdırılmasını nəzərdə tutmuşdur. Davamı

8.04.2014

ELS və AVCİYA Azərbaycan Gəncləri gününü qeyd etdi

03.02.2014Fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ildən həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə“ birgə layihəsi çərçivəsində “Azərbaycan Gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi. Təqdimat  KİV

Davamı

3.02.2014

DİNLƏYİN!

Yeni_Ushaq_Mahnilari_2013Yeni uşaq mahnıları-2013 

Əziz dostlar! “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi ötən il dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gerçəkləşən Yekun konsertlə başa çatdı. Davamı

3.02.2014

“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti

19.12.2013Dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində start verdiyi “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi. VIDEO

Davamı

20.12.2013