Aprelin 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsini Beynəlxalq Mətbuat Mərkəzində təqdim etdi.
Aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova açdı. O, ilk öncə “ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələrini açıqladı. Sorğu nəticəsində müəyyən edilmişdir ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilmişdir. Sorğunun nəticələri: FOTOQALREYA Davamı

“Ekzit-poll” tədqiqatı başa çatdı
Dekabrın 23-də səhər saat 08.00-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində apardığı “Ekzit-poll” tədqiqatına start verdi. Təşkilatın “İrşad” otelindəki seçki gərargahında işləyən telefon operatorları artıq bölgələrdən “ekzit-poll” tədqiqatının başlanması haqqında intervüyerlərdən məlumatı qəbul ediblər.
APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən seçkiqabağı təşviqat aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır. Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparacaq “Ekzit-poll” tədqiqatı ilə bağlı treninqləri başa çatdırıb.
