İradə Yaqubova yeni uşaq mahnıları ilə “Yeni gün”ün canlı efirində

23.10.2014-itv

Oktyabrın 23-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova İTV-də canlı yayımlanan “Yeni gün” proqramının qonağı olub. Canlı yayım zamanı 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekunu, o cümlədən Azərbaycanın tarixində ilk dəfə olaraq Mərkəz tərəfindən keçirilmiş “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərcindən söhbət gedib. VİDEO

Efir vaxtı məhdud olduğundan canlı yayımda müsabiqədə qalib gəlmiş yalnız “Qaranquşum” (sözləri və musiqisi: Səadət Fərziyeva), “Rəssam olacağam”  (musiqisi: Zabitə Məmmədova, sözləri: İsmayıl Dadaşov), “Bağçamız” (musiqisi: Elşən Nicat, sözləri: Gülzar İbrahimova)  mahnılar ifa olunub.

 
 

23.10.2014