Məzahir Pənahov: “Maraqlı tərəflər imzaların yoxlanması prosesində iştirak edə bilərlər”

“Referendumla bağlı yaradılmış təşəbbüs qruplarının topladıqları hər bir seçici imzası Mərkəzi Seçki Komissiyasının ekspertləri tərəfindən ciddi şəkildə yoxlanılır. Bu prosesdə hər hansı qeyri-şəffaflıqdan söhbət gedə bilməz”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bəyan edib. Onun sözlərinə görə, buna görə də təşəbbüs qrupları imza toplayarkən maksimum dərəcədə diqqətli olmalı və imza vərəqələrini qaydalara uyğun doldurmalıdırlar: “İmzaların yoxlanılması prosesi isə tam şəffafdır. Maraqlı tərəflərdən kim istəyirsə, bu prosesdə əvvəldən sona kimi iştirak edə bilər”. MSK sədri həmçinin, mətbuatı da bu prosesi izləməyə dəvət edib.

Mənbə: www.apa.az

28.01.2009