Referendumda iştirak etmək istəyən təşviqat qruplarının imza toplama kampaniyası fevralın 1-də başa çatacaq

Martın 18-də keçiriləcək referendumda təşviqat qrupu qismində iştirak etmək üçün imza toplama kampaniyası fevralın 1-də yekunlaşacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplanmış imzalar fevralın 1-i, saat 18.00-dan gec olmayaraq MSK-ya təqdim olunmalıdır. Müəyyən olunmuş müddətdən sonra təqdim edilən imzalar qəbul edilməyəcək. Bundan sonrakı mərhələdə isə imzalar yoxlanacaq və təşviqat qrupları qeydə alınacaq.

Qeyd edək ki, bu vaxta qədər MSK-da 14 təşəbbüs qrupu qeydə alınıb. 5 təşəbbüs qrupu – “Yeni Azərbaycan”, “Tərəqqi”, “Abad kənd”, “”Vətəndaş cəmiyyəti” və “Hüquq və Demokratiya” tələb olunan 40 min imzanı toplayaraq MSK-ya təhsil verib. “Yeni Azərbaycan” isə təşviqat qrupu kimi qeydə alınıb.

Mənbə: www.apa.az

28.01.2009