“Yeni Azərbaycan” Təşviqat qrupunun toplantısı olub

“Yeni Azərbaycan” Təşviqat qrupu martın 18-də keçiriləcək referenduma hazırlıq məqsədi ilə bu gün ilk toplantısını keçirib.Partiyanın YAP Xətai rayon təşkilatının qərargahında keçirilən toplantıda bir sıra prosedur məsələlər həll edilib. Partiya sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, qrup artıq Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınıb və bundan sonrakı mərhələdə partiya təbliğat-təşviqat kampaniyasına hazırlaşacaq. İclasda Təşviqat qrupunun 25 səlahiyyətli nümayəndəsi, 25 vəkili, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi müəyyənləşib. Səlahiyyətli nümayəndələr və vəkillər əsasən YAP-ın rəhbərliyinə daxil olan şəxslər, millət vəkilləri, ictimai xadimlərdən ibarət olub.

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə qrupun MSK-da məşvərətçi səs hüquqlu üzvü seçilib. Toplantıda, həmçinin, qrupun 125 Seçki Dairəsi üzrə Dairə Seçki Komissiyaları üçün məşvərətçi səs hüquqlu üzvləri müəyyənləşib. Ə. Əhmədov qrupun bütün seçki məntəqələrində müşahidə aparacağını bildirib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum martın 18-də keçiriləcək.

Mənbə: www.LENT.AZ

28.01.2009