Azərbaycan referendumla bağlı Venesiya Komissiyası ilə əməkdaşlıq etməyəcək

Rəsmi Bakı “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi üzərində iş aparılması üçün Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq etməyəcək. Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib. Məlumata görə, Azərbaycan tərəfi Referendum Aktı layihəsinin mükəmməl hazırlandığını, beynəlxalq qanunvericiliyin ciddi şəkildə öyrənildiyini əsas gətirərək, Venesiya Komissiyası ilə əməkdaşlığa lüzum görməyib. Qeyd edək ki, Venesiya Komissiyası müraciət olunduğu təqdirdə, rəy və hüquqi tövsiyələrini verir. Azərbaycan tərəfi isə hesab edir ki, Referendum Aktı layihəsi beynəlxalq standartlara uyğun hazırlandığından Venesiya Komissiyasının rəy və tövsiyəsinə ehtiyac yoxdur.

http://www.525.az/new/2009/01/27/read=39034

28.01.2009