Əli Əhmədov: “Beynəlxalq təşkilatların referendumla bağlı bəyanatları obyektivdir”

“Beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda referendumun keçirilməsi ilə əlaqədar bəzi bəyanatlar səsləndirib və bu bəyanatlar tamamilə obyektiv əsaslara söykənir. Hər bir xalq, hər bir ölkə öz dövlət quruculuğunu daha da təkmilləşdirməkdə tam sərbəstdir və bu, o ölkənin daxili işdir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların nümayəndələri referendumun keçirilməsi ilə əlaqədar Azərbaycanda qərar qəbul olunmasına bunun məhz ölkənin daxili işi olması prinsipindən yanaşırlar: “Güman edirəm ki, Mərkəzi Seçki Komissiyası qanunvericiliyə uyğun olaraq referendumla əlaqədar beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycana dəvət edəcək və onlar bu dəvəti qəbul edərək səsvermənin gedişini izləyəcəklər”.

Ə. Əhmədov seçicilərin Konstitusiyaya təklif edilən dəyişiklikləri başa düşdüklərini, müsbət qiymətləndirdiklərini və dəstəklədiklərini də qeyd edib.

Mənbə: www.LENT.AZ

28.01.2009