Bölmə: Seçkilər 2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi treninqlərin ikinci mərhələsinə başladı

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə 15 oktyabr prezident seçkilərində keçirəcəyi «Exit-poll» tədqiqatı ilə bağlı treninqlərin ikinci mərhələsinə start verib. İntervüer və supervayzerlərin hazırlanması məqsədilə təlimçi və koordinatorlara treninqlərin ikinci mərhələsində görüləcək işlər barədə ətraflı məlumat verilib. Təlimçi və koordinatorlarla görüş zamanı intervüer və supervayzerlərin hazırlanması məqsədilə keçiriləcək təlimlərin ikinci mərhələsində «Exit-poll» tədqiqatında istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları ilə tanış olublar. Eyni zamanda həmin sənədin hazırlanmış sonuncu variantı intervüer və supervayzerlərlə tanış olması məqsədilə nümunələri təlimçilərə verilib. Görüşdə seçki günü «Exit-poll» keçirən intervüer və supervayzerlərin xüsusi geyimlərlə təmin olunacağı diqqət çatdırılıb. Davamı

12.10.2008

«Quick-count» tədqiqatı ilə bağlı müşahidəçilər treninqlərə cəlb olunub

qk1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Quick-count» tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Oktaybrın 11-də  prezident seçkilərində  «Quick-count» tədqiqatı aparacaq 6 müşahidəçi bu məqsədlə təlimlərdə iştirak edib. Təlim prosesində iştirakçılara təqiqatın mahiyyəti haqqında ətraflı məlumat verilib. Sonra isə təlimçi tərəfindən «Quick-count» tədqiqatının keçirilmə üsul və vasitələrindən danışıb. Həmçinin seçki günü tədqiqatı  reallaşdıracaq müşahidəçilərə onların funksiya və vəzifələrinin nədən ibarət olması barədə məlumat verilib. Treninqin sonunda müşahidəçiləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Davamı

11.10.2008

Qərb bölgəsində treninqlərin ikinci mərhələsi başa çatıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 2-5 oktyabr tarixlərində Goranboy, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninq keçirib. Treninqin ikinci mərhələsində təşkil olunan təlim oktyabrın 2-də Goranboy və Gəncədə reallaşdırılıb. Burada intervüer və supervayzerlərə yenidən tədqiqatın məqsəd və vəzifləri barədə məlumat verilib. Təlimçilər tərəfindən «Exit-poll» tədqiqatı ilə bağlı yeniliklər onların diqqət çatdırılıb. Təlim prosesində intervüer və supervayzerlərlə tədqiqatın aparılması işi təcrübədən keçirilib. Təlim iştirakçılarının seçki günü qarşılaşacaqları problemləri aradan qaldırmaq imkanlarna dair söhbətlər aparılıb. İntervüer və supervayzerlərin suaları cavablandırılıb. Davamı

9.10.2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi telefonçu və operatorlar üçün treninqlər təşkil edib

tel1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 15 oktyabr prezident seçkiləri günü «Exit-poll» keçiriləcək intervüer və supervayzerlərin və «Quick-count» aparacaq müşahidəçilərin ötürəcəyi informasiyanı qəbul edəcək telefonçuların və həmin informasiyanı kompüterə yığacaq operatorların hazırlanması məqsədilə treninqlər təşkil edib. Treninqlərdə telefonçu qismində iştirak edən şəxslərə «Exit-poll» təqiqatında məlumatlar ötürülərkən onun qeydiyyatının aparılması və burada gözlənilən dəqiqlik izah olunub. Eyni zamanda təlim prosesində informasiyanın alınması və ötürülməsi mərhələsi təcrübdən keçirilib və iştirakçıların sualları cavablandırılıb. Davamı

9.10.2008

Şəki, Qax, Zaqatala, Balakəndə intervüer və supervayzerlər treninqlərə cəlb olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 6-da Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə seçkiyə düşən məntələqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil edib. Şəki şəhərində treninqlərin ikinci mərhələsində keçirilən təlimlərə qatılan iştirakçılara tədqiqat və dəyişikliklər haqqında bir daha məlumat verilib. Həmçinin təlimdə «Exit-poll»un keçirilməsi və məlumatın ötürülməsi praktik şəkildə həyata keçirilib. Davamı

8.10.2008