Bölmə: Seçkilər 2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi mətbuatın aynasında

Mərkəzi Seçki Komissiyasında (MSK) oktyabrın 2-də keçirilən iclasında prezident seçkisində «Exit-poll» keçirmək istəyən yerli QHT-lərin akkreditasiya məsələsinə baxılıb. MSK-nın qərarı ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və «ELS» Müstəqil Araşdırmalar Mərkəzi, «Vətəndaş Cəmiyyəti Uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzi, «Rəy» Monitorinq Mərkəzinin «Exit-poll» tədqiqatı ilə bağlı müraciətləri müsbət cavablandırılıb. Bununla bağlı yerli mətbuat orqanlarında, informasiya agentliklərində, xəbər portallarında, televiziya və radiolarda MSK-nın qərarını əks etdirən informasiya yer alıb və ölkə ictimaiyyətinin diqqətinə çatdırılıb. «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA ilə bağlı bu xəbər «Xalq», «525-ci qəzet», «Olaylar», «Exo», «İki sahil», «Şərq», «Xalq Cəbhəsi», «Üç nöqtə», «Azerbaydjanskie izvestiya», «Mərkəz», «Paralel», «Kaspi», «Qərbi Azərbaycanın Səsi», «Xəbər Xətti» qəzetlərində geniş yer alıb. Adları çəkilən print medianın hər birində «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və AVCİYA-nın 800 məntəqədə «Exit-poll» keçirəcəyi vurğulanıb. Həmçinin bu proses 1600 intervüer və supervayzer tərəfindən həyata keçiriləcək ki, onlara da 86 koordinator nəzarət edəcək. Davamı

8.10.2008

Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan şəhərində treninqlərin ikinci mərhələsi başa çatıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 3-4 oktyabr tarixində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqanda seçimə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlərin ikinci mərhələsində təlimlər keçirilib. Oktyabrın 3-də Şirvan şəhərində keçirilən təlimdə iştirakçılara bir daha «Exit-poll» tədqiqatının aparılması üçün müvafiq qaydalar barədə məlumat verilib. Seçki günü intervüer və supervayzerlər anket və sorğu vərəqələrindən istifadə mexanizmi ilə bağlı təlimçini diqqətlə dinləyiblər. Şirvan şəhərində keçirilən treninqdə Hacıqabuldan olan intervüer və supervayzerlər də iştirak edib. Davamı

8.10.2008

Treninqlərin ikinci mərhələsi Göyçay, Zərdab, Ağdaş, Ucar və Kürdəmir rayonlarında yekunlaşıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 4-də Göyçay, Zərdab, Ağdaş, Ucar və Kürdəmir rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər təlimlərə cəlb olunub. İlkin olaraq, treninqlərin ikinci mərhələsində keçirilən təlimdə Göyçay rayonu üzrə seçki günü «Exit-poll» tədqiqatını aparacaq intervüer və supervayzerlər iştirak edib. Müvafiq qaydalar iştirakçılara yenidən izah edildikdən sonra «Exit-poll»un keçirilməsi prosesi əyani şəkildə göstərilib. Treninq zamanı qarşıya çıxan suallar təlimçi tərəfindən cavablandırılıb. Davamı

8.10.2008

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi növbəti ekspress rəy sorğusunun nəticələrini açıqlayıb

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkədə seçkiqabağı vəziyyətin öyrənilməsi ilə bağlı sentyabrın 16-25-də növbəti ekspress rəy sorğusu keçirib. Sorğuda bütün dairələri əhatə etmək şərti ilə 12500 respondent iştirak edib. Ekspress rəy sorğusu  Azərbaycanda ictimai siyasi vəziyyətin, həmçinin oktyabrda keçiriləcək prezident seçkisində ölkə vətəndaşlarının səs verəcəkləri namizədlə bağlı fikir və düşüncələrinin öyrənilməsinə yönəlib. Ekspress rəy sorğusunda rəyi soruşulanların fikir və mülahizələrinə söykənən məlumatlar tədqiqatın əsas mövzusu olmaqla “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşları tərəfindən araşdırılaraq təhlil edilib. Davamı

2.10.2008

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi MSK-da akkreditasiyadan keçib

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 15 oktyabr prezident seçkisində birgə «Exit-poll» tədqiqatı aparmaq məqsədilə akkreditasiyadan keçmək barədə Mərkəzi Seçki Komissiyasına (MSK) yazılı müraciətinə müsbət cavab verilib. Beləki, adı çəkilən təşkilatlar prezident seçkisində rəsmən birgə «Exit-poll» keçirmək hüququ qazanıb. Kiv Davamı

2.10.2008