«ELS» Müstəqil Araşdırmalar Mərkəzi telefonçu və operatorlar üçün treninqlər təşkil edib

tel1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 15 oktyabr prezident seçkiləri günü «Exit-poll» keçiriləcək intervüer və supervayzerlərin və «Quick-count» aparacaq müşahidəçilərin ötürəcəyi informasiyanı qəbul edəcək telefonçuların və həmin informasiyanı kompüterə yığacaq operatorların hazırlanması məqsədilə treninqlər təşkil edib. Treninqlərdə telefonçu qismində iştirak edən şəxslərə «Exit-poll» təqiqatında məlumatlar ötürülərkən onun qeydiyyatının aparılması və burada gözlənilən dəqiqlik izah olunub. Eyni zamanda təlim prosesində informasiyanın alınması və ötürülməsi mərhələsi təcrübdən keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Həmçinin seçki günü «Exit-poll» keçirəcək intervüer və supervayzerlərin və «Quick-count» aparacaq müşahidəçilərin ötürdüyü informasiyanın kompüterdə yığacaq operatorlara prosesin reallaşdırılması ilə bağlı treninqlər keçirilib. Treninq zamanı oparetorlara treninqdə alınan informasiyaların kompüterdə komplektləşdirilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Xatırladaq ki, prezident seçkiləri günü «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə seçkiyə düşən məntəqələrdə «Exit-poll» və «Quick-count» tədqiqatı aparacaq.

9.10.2008