Qərb bölgəsində treninqlərin ikinci mərhələsi başa çatıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 2-5 oktyabr tarixlərində Goranboy, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninq keçirib. Treninqin ikinci mərhələsində təşkil olunan təlim oktyabrın 2-də Goranboy və Gəncədə reallaşdırılıb. Burada intervüer və supervayzerlərə yenidən tədqiqatın məqsəd və vəzifləri barədə məlumat verilib. Təlimçilər tərəfindən «Exit-poll» tədqiqatı ilə bağlı yeniliklər onların diqqət çatdırılıb. Təlim prosesində intervüer və supervayzerlərlə tədqiqatın aparılması işi təcrübədən keçirilib. Təlim iştirakçılarının seçki günü qarşılaşacaqları problemləri aradan qaldırmaq imkanlarna dair söhbətlər aparılıb. İntervüer və supervayzerlərin suaları cavablandırılıb.

Oktyabrın 3-də Nizami, Kəpəz, Göygöl rayonlarından olan intervüer və supervayzerlər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Gəncə resurs mərəkəzinin ofisində təlimlərə qatılıb. Burada da «Exit-poll» tədqiqatı ilə bağlı təlim iştirakçılarıyla sual-cavab şəklində məlumatlandırma işi aparılıb. Əyani şəkildə seçki günü tədqiqatın aparılması qaydaları göstərilib.

Gədəbəy və Şəmkir rayonlarında treninqlərin ikinci mərhələsi oktyabrın 4-də təyin olunmasına bağxmayaraq, Gədəbəy rayonu üzrə keçirilən təlim müəyyən səbəblərdən təxirə salınıb. Lakin Şəmkir rayonunda keçirilən təlim uğurla keçib. Buradakı intervüer və supervayzerlər treninqin sonuncu mərhələsində «Exit-poll» tədqiqatı bağlı verilən sualları normal cavablandırıblar.

Oktyabrın 5-də isə Ağstafa, Qazax, və Tovuz rayonlarında seçkiyə düşən məntəqələrdə «Exit-poll» tədqiqatı aparacaq intervüer və supervayzerlər təlimlərin ikinci mərhələsində iştirak ediblər. Təlimçilər Elçin Salmanov və Samir Sadayev iştirakçılara yeniliklər barədə məlumat verdikdən sonra təlim musahibə formasında davam etdirilib.

Xatırladaq ki, təlimlərdə həmçinin «Quick-count» tədqiqatı aparan müşahidəçilər də qatılıb və onlara bu tədqiqatın hansı şəkildə keçirilməsi barədə məlumat verilib.

9.10.2008