«Quick-count» tədqiqatı ilə bağlı müşahidəçilər treninqlərə cəlb olunub

qk1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Quick-count» tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Oktaybrın 11-də  prezident seçkilərində  «Quick-count» tədqiqatı aparacaq 6 müşahidəçi bu məqsədlə təlimlərdə iştirak edib. Təlim prosesində iştirakçılara təqiqatın mahiyyəti haqqında ətraflı məlumat verilib. Sonra isə təlimçi tərəfindən «Quick-count» tədqiqatının keçirilmə üsul və vasitələrindən danışıb. Həmçinin seçki günü tədqiqatı  reallaşdıracaq müşahidəçilərə onların funksiya və vəzifələrinin nədən ibarət olması barədə məlumat verilib. Treninqin sonunda müşahidəçiləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi «Quick-count» tədqiqatı ilə bağlı treninqlərə başlayıb. Oktaybrın 11-də  prezident seçkilərində  «Quick-count» tədqiqatı aparacaq 6 müşahidəçi bu məqsədlə təlimlərdə iştirak edib. Təlim prosesində iştirakçılara təqiqatın mahiyyəti haqqında ətraflı məlumat verilib. Sonra isə təlimçi tərəfindən «Quick-count» tədqiqatının keçirilmə üsul və vasitələrindən danışıb. Həmçinin seçki günü tədqiqatı  reallaşdıracaq müşahidəçilərə onların funksiya və vəzifələrinin nədən ibarət olması barədə məlumat verilib. Treninqin sonunda müşahidəçiləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Xatırladaq ki, 15 oktyabr prezident seçkilərində «ELS» Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası birgə 800 məntəqədə «Exit-poll» və «Quick-count» tədqiqatı aparacaq. Bu məqsədlə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən seçimə düşən «Exit-poll» məntəqələrində eyni zamanda  «Quick-count» tədqiqatını keçirmək üçün 800 müşahidəçi hazırlanır

11.10.2008