Bölmə: Seçkilər 2008

Şirvan, Sabirabad, Beyləqan, İmişli, və Saatlıda «Exit-poll» tədqiqatı ilə bağlı treninqlər keçirilib.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən 11,13 və 14 sentyabr tarixlərində Şirvan, Sabirabad, Beyləqan, İmişli, və Saatlı rayonlarında «Exit-poll» tədqiqatı ilə bağlı treninqlər keçirilib. Sentyabr ayının 11-də Şirvan şəhərində təşkil olunan təlimdə Şirvan və Hacıqabul rayonları ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində intervüer və supevayzer qismində iştirak edənlər qatılıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) regional mərkəzində keçirilən treninqdə iştirakçılara «Exit-poll» un mahiyyəti və müvafiq qaydalara uyğun keçirilməsi barədə ətraflı məlumat verilib. Həmçinin təlimdə «Exit-poll»da istifadə ediləcək aket və sorğu vərəqələrindən istifadə qaydaları barədə iştirakçılara məlumat verilib. Davamı

27.09.2008

İsmayıllı, Qəbələ, Oğuz rayonlarında treninqlər təşkil olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 11-də İsmayıllı, Qəbələ, Oğuz rayonları ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində təmsil olunacaq intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. 11 sentyabrda İsmayıllı və Oğuzdan olan intervüer və supervayzerlər üçün təlim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) regional ofisində baş tutub. Burada təlim iştirakçılarına seçki günü «Exit-poll» keçirəcək intervüer və supervayzerlərin görəcəyi işlər, funksiya və vəzifələri açıqlanıb. Təlimçi eyni zamanda iştirakçılara mövcud sənədlər barədə ətraflı məlumat veriblər. Treninq zamanı iştirakçılar təlimçiyə qarşılaşacaqları problemlər barədə suallar ünvanlayıblar. Onların bütün sualları ətraflı cavablandırılıb. Davamı

27.09.2008

Sumqayıtda keçirilən treninqdə 40 intervüer və 4 supervayzer iştirak edib

sum1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi  sentyabrın 13-də  Sumqayıt şəhərində bu ərazidə yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində işləyəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil edib. Təlim presesi günün müxtəlif vaxtlarında 4 qrupda həyata keçirilib və iştirakçılara «Exit-poll»un keçirilməsinin zəruriliyi haqqında məlumat verilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafınv Yardım Assosiasiyasının (AVCİYA) Sumqayıt filialının ofisində baş tutan treninqə 40 intervüer və 4 supervayzer qatılıb. Burada intervüer və supervayzerlərə seçki günü «Exit-poll»a düşən məntəqələrdə onların üzrəni düşən vəzifələr və funksiyalar diqqətə çatdırılıb. «Exit-poll» zamanı qarşıya çıxacaq problemlər zamanı hansı addımların atılmasının zəruriliyi treninqin təlimçisi tərəfindən açıqlanıb. Eyni zamanda təlim prosesində mövcud anket və sorğu vərəqələrinin formaları göstərlib və sənədlərlə işləmə mexanizmi haqqında ətraflı məlumat verilib. Təlim prosesi zamanı «Exit-poll»u aparacaq iştirakçılar başa düşülməyən məqamlarda təlimçiyə ünvanladıqları suallar ətraflı cavablandırılıb. Həmçinin təlim prosesinə qatılmayan iştirakçılar ehtiyat qrup hesabına tamamlanıb və iştirakçıların yekun siyahısı müəyyənləşdirilib. Davamı

27.09.2008

Dəvəçi və Xızı rayonlarında təlimlərin birinci mərhələsi başa çatıb

dvc4«ELS» Müstəqil Araşdırmalar Mərkəzi sentyabrın 19-da Dəvəçi rayonunda və Xızı rayonunun Şurabad qəsəbəsində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. Treninqlərin birinci mərhələsində keçirilinə təlimdə iştirak edən intervüer və supervayzerlərə funksiya və vəzifələri izah edilib. Davamı

27.09.2008

İntervüer və supervayzerlərin hazırlıq işi Göyçay və Kürdəmirdə davam etdirilib

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 12 və 13-də  Göyçay və Kürdəmirdə 15 oktaybr prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər treninqdə iştirak edib. Sentyabrın 12-də Göyçay rayonunda keçirilən treninqdə eyni zamanda Ağdaş, Ucar, Zərdab rayonlarının intervüer və supervayzerləri də cəlb olunub… Bu treninqdə iştirak edən intervüer və supervayzerlər seçki günü atacağı addımlar, funksiya və vəzifələri izah edilib. Treninq zamanı iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Təlimçilər tərəfindən müvafiq sənədlər treninq iştirakçılarına göstərilib və ondan istifadə qaydaları izah olunub. Davamı

27.09.2008