«ELS» Müstəqil Araşdırmalar Mərkəzi treninqlərin ikinci mərhələsinə başladı

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə 15 oktyabr prezident seçkilərində keçirəcəyi «Exit-poll» tədqiqatı ilə bağlı treninqlərin ikinci mərhələsinə start verib. İntervüer və supervayzerlərin hazırlanması məqsədilə təlimçi və koordinatorlara treninqlərin ikinci mərhələsində görüləcək işlər barədə ətraflı məlumat verilib. Təlimçi və koordinatorlarla görüş zamanı intervüer və supervayzerlərin hazırlanması məqsədilə keçiriləcək təlimlərin ikinci mərhələsində «Exit-poll» tədqiqatında istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları ilə tanış olublar. Eyni zamanda həmin sənədin hazırlanmış sonuncu variantı intervüer və supervayzerlərlə tanış olması məqsədilə nümunələri təlimçilərə verilib. Görüşdə seçki günü «Exit-poll» keçirən intervüer və supervayzerlərin xüsusi geyimlərlə təmin olunacağı diqqət çatdırılıb.

Xatırladaq ki, treninqlərin birinci mərhələsində ölkə ərazisində bütün dairə və məntəqələr üzrə keçiriləcək «Exit-poll» tədqiqatında iştirak edəcək 1000 nəfərdən yuxarı intervüer və 200-ə qədər supervayzer qatılıb. Təlimlərdə həmçinin beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri də iştirak edib. Həmçinin təlimlərə «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova qatılıb, intervüer və supervayzerlərin suallarını cavablandırıb.

12.10.2008