Bölmə: 2008



Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəydən olan intervüer və suprevayzerlər treninqə cəlb olunub

tovuz«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 20 və 21 sentyabr tarixlərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninq keçirib. Sentyabrın 20-də ilk treninq Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarında olan intervüer və supervayzerlər üçün təşkil edilib. Burada iştirakçılara 15 oktyabr prezident seçkiləri zamanı keçirilcək «Exit-poll»un mahiyyəti haqqında məlumat verilib. Eyni zamanda təlimdə tədqiqatın keçirilmə qaydaları barədə təlimçi tərəfindən açıqlama verilib. İştirakçılar «Exi-poll»da istifadə ediləcək müvafiq sənədlərin formaları iştirakçılara göstərilib və bu həmin sənədlərlə işləmə mexanizmi barədə məlumatlandırılıblar. Təlim prosesində iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Qeyd edək ki, bu təlimdə Qazaxdan12, Ağstafadan isə 10 intervüer iştirak edib və təlim zamanı supervayzerlər seçilib. Davamı

27.09.2008


Şəki, Qax, Zaqatala və Balakəndən olan intervüer və supervayzerlər təlimlərə qatılıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 15-16 sentyabr tarixlərində Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində  «Exit-poll»a düşən seçki məntəqələrində işləyəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. İlk təlim Şəki şəhərində keçirilib. Təlimdə onlara seçki günü «Exit-poll»la bağlı görüləcək işlər, eyni zamanda funksiya və vəzifələri diqqətə çatdırılıb. Burada təlimçi intervüer və supervayzerlərin istifadə edəcəyi anket və sorğu vərəqələrinin formaları göstərilib. Eyni zamanda həmin müvafiq sənədlərdən istifadə qaydaları açıqlanıb. Təlim zamanı bir neçə intervüerin yaş hədinin qaydalara uyğun gəlməməsi səbəbindən yeniləri əvəzlənib. Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Davamı

27.09.2008


Şirvan, Sabirabad, Beyləqan, İmişli, və Saatlıda «Exit-poll» tədqiqatı ilə bağlı treninqlər keçirilib.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən 11,13 və 14 sentyabr tarixlərində Şirvan, Sabirabad, Beyləqan, İmişli, və Saatlı rayonlarında «Exit-poll» tədqiqatı ilə bağlı treninqlər keçirilib. Sentyabr ayının 11-də Şirvan şəhərində təşkil olunan təlimdə Şirvan və Hacıqabul rayonları ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində intervüer və supevayzer qismində iştirak edənlər qatılıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) regional mərkəzində keçirilən treninqdə iştirakçılara «Exit-poll» un mahiyyəti və müvafiq qaydalara uyğun keçirilməsi barədə ətraflı məlumat verilib. Həmçinin təlimdə «Exit-poll»da istifadə ediləcək aket və sorğu vərəqələrindən istifadə qaydaları barədə iştirakçılara məlumat verilib. Davamı

27.09.2008


İsmayıllı, Qəbələ, Oğuz rayonlarında treninqlər təşkil olunub

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən sentyabrın 11-də İsmayıllı, Qəbələ, Oğuz rayonları ərazisində yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində təmsil olunacaq intervüer və supervayzerlər üçün treninqlər təşkil olunub. 11 sentyabrda İsmayıllı və Oğuzdan olan intervüer və supervayzerlər üçün təlim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) regional ofisində baş tutub. Burada təlim iştirakçılarına seçki günü «Exit-poll» keçirəcək intervüer və supervayzerlərin görəcəyi işlər, funksiya və vəzifələri açıqlanıb. Təlimçi eyni zamanda iştirakçılara mövcud sənədlər barədə ətraflı məlumat veriblər. Treninq zamanı iştirakçılar təlimçiyə qarşılaşacaqları problemlər barədə suallar ünvanlayıblar. Onların bütün sualları ətraflı cavablandırılıb. Davamı

27.09.2008


Sumqayıtda keçirilən treninqdə 40 intervüer və 4 supervayzer iştirak edib

sum1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi  sentyabrın 13-də  Sumqayıt şəhərində bu ərazidə yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində işləyəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil edib. Təlim presesi günün müxtəlif vaxtlarında 4 qrupda həyata keçirilib və iştirakçılara «Exit-poll»un keçirilməsinin zəruriliyi haqqında məlumat verilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafınv Yardım Assosiasiyasının (AVCİYA) Sumqayıt filialının ofisində baş tutan treninqə 40 intervüer və 4 supervayzer qatılıb. Burada intervüer və supervayzerlərə seçki günü «Exit-poll»a düşən məntəqələrdə onların üzrəni düşən vəzifələr və funksiyalar diqqətə çatdırılıb. «Exit-poll» zamanı qarşıya çıxacaq problemlər zamanı hansı addımların atılmasının zəruriliyi treninqin təlimçisi tərəfindən açıqlanıb. Eyni zamanda təlim prosesində mövcud anket və sorğu vərəqələrinin formaları göstərlib və sənədlərlə işləmə mexanizmi haqqında ətraflı məlumat verilib. Təlim prosesi zamanı «Exit-poll»u aparacaq iştirakçılar başa düşülməyən məqamlarda təlimçiyə ünvanladıqları suallar ətraflı cavablandırılıb. Həmçinin təlim prosesinə qatılmayan iştirakçılar ehtiyat qrup hesabına tamamlanıb və iştirakçıların yekun siyahısı müəyyənləşdirilib. Davamı

27.09.2008