Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəydən olan intervüer və suprevayzerlər treninqə cəlb olunub

tovuz«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 20 və 21 sentyabr tarixlərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninq keçirib. Sentyabrın 20-də ilk treninq Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarında olan intervüer və supervayzerlər üçün təşkil edilib. Burada iştirakçılara 15 oktyabr prezident seçkiləri zamanı keçirilcək «Exit-poll»un mahiyyəti haqqında məlumat verilib. Eyni zamanda təlimdə tədqiqatın keçirilmə qaydaları barədə təlimçi tərəfindən açıqlama verilib. İştirakçılar «Exi-poll»da istifadə ediləcək müvafiq sənədlərin formaları iştirakçılara göstərilib və bu həmin sənədlərlə işləmə mexanizmi barədə məlumatlandırılıblar. Təlim prosesində iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Qeyd edək ki, bu təlimdə Qazaxdan12, Ağstafadan isə 10 intervüer iştirak edib və təlim zamanı supervayzerlər seçilib.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 20 və 21 sentyabr tarixlərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları ərazisində «Exit-poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və supervayzerlər üçün treninq keçirib. Sentyabrın 20-də ilk treninq Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarında olan intervüer və supervayzerlər üçün təşkil edilib. Burada iştirakçılara 15 oktyabr prezident seçkiləri zamanı keçirilcək «Exit-poll»un mahiyyəti haqqında məlumat verilib. Eyni zamanda təlimdə tədqiqatın keçirilmə qaydaları barədə təlimçi tərəfindən açıqlama verilib. İştirakçılar «Exi-poll»da istifadə ediləcək müvafiq sənədlərin formaları iştirakçılara göstərilib və bu həmin sənədlərlə işləmə mexanizmi barədə məlumatlandırılıblar. Təlim prosesində iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Qeyd edək ki, bu təlimdə Qazaxdan12, Ağstafadan isə 10 intervüer iştirak edib və təlim zamanı supervayzerlər seçilib.

Günün ikinci yarısında Tovuz rayonu ərazisində «Exit- poll»a düşən seçki məntəqələrində iştirak edəcək intervüer və suprevayzerlər təlimə cəlb edilib. Burada da iştirakçılara «Exit poll» və onun keçirilməsi qaydaları haqqında məlumat verilib. Onları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb. Xatırladaq ki, treninqdə «Exit-poll»da iştirak edəcək intervüerlərin hər biri iştirak edib.

Sentyabrın 21-də Şəmkir və Gədəbəy rayonları üzrə «Exit-poll»da iştirak edəcək intervüer və supervayzerlər üçün treninq təşkil olunub. Burada da iştirakçılara «Exit-poll» haqqında məlumat verilib və keçirilmə vasitələrindən danışılıb. Həmçinin seçki günü keçiriləcək «Exit- poll» zamanı qarşıya çıxan problemlərin aradan qaldırılıması barədə iştirakçılarla söhbətlər aparlıb.

27.09.2008