Bölmə: 2008



Lənkəran və Lerikdə intervüer və supervayzerlər treninqdə iştirak edib

Sentyabrın 13 və 14-də «ELS» Müstəqil Araşdırmalar Mərkəzi Lənkəran və Lerik rayonlarında oktyabrın 15-də keçiriləcək prezident seçkilərində «Exit-poll» keçirəcək intervüer və supervayzerlər üçün treninqlər keçirib. Seminarın birinci günü Lənkəran rayonunda keçirilən treninqdə xeyli sayda intervüer və supervayzer iştirak edib. Müxtəlif səbəblərdən treninqdə iştirak etməyən 7 nəfərə ertəsi gün, Lerik rayonunda keçirilən seminar başa çatdıqdan sonra yenidən Lənkərana qayıdan təlimçilər tərəfindən təlim keçilib. Qeyd edək ki, Lənkəranda baş tutan bu seminarda ATƏT nümayəndələri  Xose Luis Menendez və Botagöz Əbilova yaxından iştirak ediblər. Beynəlxalq təşkilatın təmsilçiləri təlim prosesini diqqətlə izlədikdən sonra təlimçilərə suallar ünvanlayıblar. Sentyabrın 14-də isə təlimçilər Lerik rayonunda olublar. Onlar burada «Exit-poll» da iştirak edəcək intervüer və supervayzerlər üçün seminar təşkil edilib. Burada seminarda iştirak edənlərə təlimçilər tərəfindən seçki günü onların görəcəyi işlər barədə məlumatlar verilib və onları maraqlandıran sualları cavablandırıblar. Xatırladaq ki, Lənkəran və Lerik rayonları üzrə intervüer və supervayzerlər üçün treninqlər keçirilməsi davam etdiriləcək. Davamı

15.09.2008


“Sağlamlığına, Gələcəyinə, Firavanlığına “YOX” DEMƏ!” plakatların paylanma aksiyasından fotomateriallar

30.08.2008
 

İnformasiya və kommunikasiya texnologiyalarının seçki prosesində tətbiqi: problemlər və perspektivlər – Press-reliz

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin son iki ildə keçirdiyi rəy sorğuları əhalinin seçkilərlə bağlı maarifləndirici məlumata ehtiyacı olduğunu və bu boşluğu doldurmaqda İnternet və mobil telefonların əhəmiyyətli rol oynadığını aşkar edib.

Belə ki, 2007 və 2008-ci illərdə Bakı və Sumqayıt şəhərlərinin 11 ali məktəbində keçirilmiş rəy sorğuları zamanı 2200-ə yaxın respondentin rəyi öyrənilmişdir. Davamı

25.07.2008


“Sağlamlığına, Gələcəyinə, Firavanlığına YOX DEMƏ!” aksiyasının H.Əliyev parkında keçirilməsi

“Sağlamlığına, Gələcəyinə, Firavanlığına YOX DEMƏ!” aksiyasının H.Əliyev parkında keçirilməsi

Beynəlxalq Tütnlə mübarizə günündə, yəni 2008-ci ilin may ayının 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin könüllülərinin, Ümumdünya Səhiyyə Təşkilatı və Qırmızı Aypara Cəmiyyətinin təmsilçilərinin iştirakı ilə Heydər Əliyev adına parkda tütünə qarşı plakatların paylanması aksiyası həyata keçirilmişdir. Aksiya zamanı 200-dən artıq “ELS” MAM-ın könüllüləri tərəfindən tərtif edilmiş “Sağlamlığına, Gələcəyinə, Firavanlığına YOX DEMƏ!” tütünə qarşı reklam plakatları paylanmışdır. Davamı

24.07.2008