Sumqayıtda keçirilən treninqdə 40 intervüer və 4 supervayzer iştirak edib

sum1«ELS» Müstəqil Araşdırmalar Mərkəzi  sentyabrın 13-də  Sumqayıt şəhərində bu ərazidə yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində işləyəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil edib. Təlim presesi günün müxtəlif vaxtlarında 4 qrupda həyata keçirilib və iştirakçılara «Exit-poll»un keçirilməsinin zəruriliyi haqqında məlumat verilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafınv Yardım Assosiasiyasının (AVCİYA) Sumqayıt filialının ofisində baş tutan treninqə 40 intervüer və 4 supervayzer qatılıb. Burada intervüer və supervayzerlərə seçki günü «Exit-poll»a düşən məntəqələrdə onların üzrəni düşən vəzifələr və funksiyalar diqqətə çatdırılıb. «Exit-poll» zamanı qarşıya çıxacaq problemlər zamanı hansı addımların atılmasının zəruriliyi treninqin təlimçisi tərəfindən açıqlanıb. Eyni zamanda təlim prosesində mövcud anket və sorğu vərəqələrinin formaları göstərlib və sənədlərlə işləmə mexanizmi haqqında ətraflı məlumat verilib. Təlim prosesi zamanı «Exit-poll»u aparacaq iştirakçılar başa düşülməyən məqamlarda təlimçiyə ünvanladıqları suallar ətraflı cavablandırılıb. Həmçinin təlim prosesinə qatılmayan iştirakçılar ehtiyat qrup hesabına tamamlanıb və iştirakçıların yekun siyahısı müəyyənləşdirilib.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi  sentyabrın 13-də  Sumqayıt şəhərində bu ərazidə yerləşən «Exit-poll» seçiminə düşən seçki məntəqələrində işləyəcək intervüer və supervayzerlər üçün treninqlər təşkil edib. Təlim presesi günün müxtəlif vaxtlarında 4 qrupda həyata keçirilib və iştirakçılara «Exit-poll»un keçirilməsinin zəruriliyi haqqında məlumat verilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafınv Yardım Assosiasiyasının (AVCİYA) Sumqayıt filialının ofisində baş tutan treninqə 40 intervüer və 4 supervayzer qatılıb. Burada intervüer və supervayzerlərə seçki günü «Exit-poll»a düşən məntəqələrdə onların üzrəni düşən vəzifələr və funksiyalar diqqətə çatdırılıb. «Exit-poll» zamanı qarşıya çıxacaq problemlər zamanı hansı addımların atılmasının zəruriliyi treninqin təlimçisi tərəfindən açıqlanıb. Eyni zamanda təlim prosesində mövcud anket və sorğu vərəqələrinin formaları göstərlib və sənədlərlə işləmə mexanizmi haqqında ətraflı məlumat verilib. Təlim prosesi zamanı «Exit-poll»u aparacaq iştirakçılar başa düşülməyən məqamlarda təlimçiyə ünvanladıqları suallar ətraflı cavablandırılıb. Həmçinin təlim prosesinə qatılmayan iştirakçılar ehtiyat qrup hesabına tamamlanıb və iştirakçıların yekun siyahısı müəyyənləşdirilib.

27.09.2008